Xəbərlər


Teymur Rəcəbov yenidən ilk onluğa düşüb

Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb.
"Neftçi İdman Klubu”nun şahmatçısı Teymur Rəcəbov yenidən ilk onluğa düşüb. Təmsilçimiz 2747 xalla 10-cu pillədə qərarlaşıb. 
Siyahıya əvvəlki kimi norveçli dünya çempionu Maqnus Karlsen (2852) başçılıq edir. Rusiyalı Yan Nepomnyaşi (2795) ikinci, çinli Liren Dinq (2788) isə üçüncü sırada yer alıb.