Xəbərlər


Güllə atıcılarımız Bakı çempionatında

Güllə atıcılığı üzrə Bakı şəhər çempionatı keçirilib. Bakı Atıcılıq Mərkəzində təşkil olunan yarışda 73 idmançı medallar uğrunda mübarizə aparıb.
"Neftçi İdman Klubu”nun təmsilçisi Elvin Astanov pnevmatik tapançadan (PTÇ-3) 10 metr məsafəyə atəşaçma yarışında 563 xal toplayaraq bürünc medala yiyələnib. Atıcımız qarışıq komanda ("mix-team”) kateqoriyası üzrə atəşaçmada isə fəxri kürsünün ikinci pilləsində yer alıb.