Xəbərlər


Xanım boksçularımız millətlər kubokundan 2 medalla dönür

Serbiyanın Sombor şəhərində qız və qadın boksçular arasında təşkil olunan millətlər kuboku davam edir. Yarışın beşinci - sonuncu günündə final döyüşləri keçirilir.
"Neftçi İdman Klubu"nun xanım boksçuları turnirdə uğurla çıxış edərək 1 qızıl və 1 bürünc  medala yiyələniblər. Təmsilçilərimizdən Emili Rzayeva (66 kq) gənclərin yarışında həlledici final qarşılaşmasında Avropa çempionu, serbiyalı  Anastasiya Boskoviçdən güclü olub. O, rəqibi üzərində 4:1 (30:27, 29:28, 29:28, 30:27, 28:29) hesabı ilə qələbə qazanaraq qızıl medala sahib olub. Digər boksçumuz  Anaxanım İsmayılova (50 kq) isə böyüklər arasında üçüncü yeri tutub.
Qeyd edək ki, yarışda13 ölkədən 100-dən çox idmançı qalib adı uğrunda mübarizə aparıb.
Xanım boksçularımız millətlər kubokundan 2 medalla dönür