Xəbərlər


Daha iki sumo güləşçimiz Macarıstanda medala sahib olub

Macarıstanın Erd şəhərində keçirilən sumo güləşi üzrə "Erd Cup-2023" beynəlxalq turniri sona yetib.
"Neftçi İdman Klubu”nun daha iki təmsilçisi bu yarışda medala yiyələnib. Camal Feyziyev böyüklər arasında 115 kiloqramdan yuxarı çəki dərəcəsində birinci, mütləq çəkidə üçüncü yeri tutub. Digər idmançımız Nihad Məmmədzadə (85 kq) isə gənclərin mübarizəsində bürünc medal qazanıb. O, yeniyetmələr arasında təşkil olunan yarışda da eyni uğura imza atıb.
Xatırladaq ki, turnirin ilk günlərində klubun yetirməsi Arif Şıxbabayev (100 kq) on səkkiz yaşadək idmançılar arasında qızıl, iyirmi bir yaşadək gənclərin yarışında isə gümüş medala layiq görülüb.