2009-2010, 2011-2012, 2015-ci il təvəllüdlü və daha kiçik yaşlı şahmatçılar arasında ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Neftçi İdman Klubu"nun birinciliyinə yekun vurulub. Lökbatan qəsəbəsində yerləşən Qaradağ Təlim-İdman Bazasının şahmat zalında təşkil olunan turnirdə 40-dan çox kiçikyaşlı zəka sahibi üç yaş qrupu üzrə mübarizə aparıb.
Oğlanlar arasında 2009-2010-cu il təvəllüdlü idmançıların yarışında Məhəmməd Mustafayev, 2011-2012-ci il təvəllüdlülərdə İsmayıl Şəmsəliyev, 2015-ci il təvəllüdlü və daha kiçik yaşlı şahmatçılar arasında isə Emil Həmzəyev qalib adını qazanıb.
Qızların mübarizəsində 2009-2010-cu il doğumlularda Xədicə Muradova, 2011-2012-ci il təvəllüdlülərdə Aylin Süleymanlı, 2015-ci il təvəllüdlü və daha kiçik yaşlı idmançılar arasında isə Nigar Əhmədova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qalib və mükafatçılara "Neftçi İdman Klubu" tərəfindən diplom, medal və xatirə hədiyyələri təqdim edilib.
Oğlanlar
2009-2010-cu il təvəllüdlülər
1. Məhəmməd Mustafayev
2. Tərlan Hacıyev
3. Əli Oruczadə
2011-2012 - ci il təvəllüdlülər
1. İsmayıl Şəmsəliyev
2. Əli Musayev
3. Xanlar Məmmədov
2015-ci il təvəllüdlü və daha kiçik yaşlılar
1. Emil Həmzəyev
2. Yusif Kazımov
3. Əli Abbasov
Qızlar
2009-2010-cu il təvəllüdlülər
1. Xədicə Muradova
2. Gülgəz Rəhimli
3. Səmayə Dadaşzadə
2011-2012 - ci il təvəllüdlülər
1. Aylin Süleymanlı
2. Mehri Fətullalı
3. Xədicə Məmmədova
2015-ci il təvəllüdlü və daha kiçik yaşlılar
1. Nigar Əhmədova
2. Nəzakət Əhmədova
3. Aliyə Əmirova