Xəbərlər


Bir qələbə, bir heç-heçə

Bakı Futbol Federasiyasının iki yaş qrupu üzrə təşkil etdiyi 11-ci "Sabahın ulduzları” paytaxt çempionatında 6-cı turun oyunları keçirilib.

"İnter Arena”da təşkil olunan yarışlarda "Neftçi İdman Klubu”nun hər iki komandası iştirak edib. Bu tur çərçivəsində 10 yaşlı futbolçulardan ibarət komandamız (U-10) "Qarabağ”la üz-üzə gəlib və oyunda heç-heçə qeydə alınıb – 2:2. Hazırda 16 xalı olan komandamız turnir cədvəlinin şəriksiz lideridir.

11 yaşlılardan ibarət komandamız (U-11) isə "Rəvan”ı qəbul edib və 3:2 hesabı ilə qalib gəlib. Qazandığı qələbə ilə xallarının sayını 12-yə çatdıran komandamız turnir cədvəlinin 3-cü pilləsinə yüksəlib.