Xəbərlər


İdmançılarımız kəmər güləşi üzrə ölkə birinciliyində 5 medal qazanıblar

Gənclər və İdman Nazirliyinin və Azərbaycan Milli İdman Növləri Assosiasiyasının birgə təşkilatçılığı ilə yeniyetmə və böyüklər arasında kəmər güləşi üzrə ölkə çempionatı keçirilib. Abşeron Olimpiya İdman Kompleksində təşkil olunan yarışda paytaxt və rayonların müxtəlif klub, cəmiyyət və idman təşkilatlarından olan güləşçilər qalib adı uğrunda mübarizə aparıblar.
"Neftçi İdman Klubu”nun təmsilçiləri yeniyetmələr arasında 5 medala yiyələniblər. Güləşçilərimizdən Təbriz Əliyev (45 kq) və Hüseyn Hüseynov (90 kq) yalnız həlledici final qarşılaşmasında məğlub olublar və gümüş medala layiq görülüblər. Digər idmançılarımız – Nuhan Müzəffərov, Samir Məmmədov (hər ikisi 50 kq) və Eyvaz Ələkbərov (80 kq) isə fəxri kürsünün üçüncü pilləsində yer alıblar.
Qeyd edək ki, güləşçilərimiz ölkə birinciliyini komanda hesabında üçüncü yerdə başa vurublar.