Xəbərlər


“Neftçi İdman Klubu”nun güləşçisi Eldəniz Əzizli ilin ən yaxşı kişi idmançısı seçilib

Gənclər və İdman Nazirliyi 2022-ci ilin idman yekunlarına həsr olunmuş "İlin idman yekunları" adlı qala mərasimi keçirib. "Buta Palas"da təşkil olunan tədbirdə idman təşkilatlarının, federasiyaların, media qurumlarının rəhbərləri, idmançılar, məşqçilər və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə üç mərhələli sorğu əsasında müəyyənləşmiş müxtəlif nominasiyalar üzrə ilin qaliblərinin mükafatlandırılma mərasimi olub.
"Neftçi İdman Klubu”nun yunan-Roma güləşçisi Eldəniz Əzizli sorğunun yekun nəticələrinə əsasən, "İlin ən yaxçı kişi idmançısı” nominasiyasının qalibi olub. Cüdoçumuz Hidayət Heydərov isə bu nominasiya üzrə üçüncü yeri tutub.