Xəbərlər


 Basketbol komandamız səfərdə "Olimpik Şəki"ni məğlub edib

Azərbaycan Basketbol Liqasında XI turun və 2022-ci ilin sonuncu oyunu keçirilib.
Bu tur çərçivəsində "Neftçi İdman Klubu" "Olimpik Şəki" komandasının qonağı olub. Şəki Olimpiya İdman Kompleksində gerçəkləşən qarşılaşmada  üstünlüyü ilk dövrədən ələ alan  basketbolçularımız  rəqibini 83-67 hesabı ilə məğlubiyyətə uğradıblar.
Görüşün ən məhsuldar basketbolçuları  "Olimpik"dən Ceyson Brauer (24 xal, 7 ribaund ), "Neftçi İdman Klubu"ndan isə Davit Lomidze (18 xal, 5 ribaund) olub.