Xəbərlər


Sərbəst güləşçilərimiz də Azərbaycan çempionu oldular

Bakı İdman Sarayında keçirilən güləş üzrə Azərbaycan çempionatına yekun vurulub. Yarışın son iki günündə sərbəst güləşçilər arasında qaliblər müəyyənləşib.
"Neftçi İdman Klubu"nun sərbəst güləşçiləri yarışda uğurla çıxış edərək 12 medal (6 qızıl, 2 gümüş, 4 bürünc) qazanıblar və komanda hesabında birinci yeri tutublar.
Təmsilçilərimizdən  İntiqam Vəlizadə (61 kq), Əli Rəhimzadə (65 kq), Səbuhi Əmiraslanov (79 kq), Orxan Abbasov (86 kq), İbrahim Yusubov (92 kq) və Rahid Həmidli (125 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medala yiyələniblər. Yalnız həlledici final qarşılaşmasında məğlub olan Ceyhun Allahverdiyev (61 kq) və Elxan Qarayev (74 kq) çempionatın  gümüş medalına layiq görülüblər. Digər güləşçilərimiz -  Ruslan Qasımov (61 kq), Əbülfəz Nəsirov,  Vurğun Əliyev (79 kq) və İslam İlyasov (97 kq) isə bürünc medalla kifayətləniblər.
Xatırladaq ki, daha əvvəl klubumuzun  yunan-Roma güləşçiləri də yarışda  17 medal (2 qızıl, 7 gümüş, 8 bürünc) qazanaraq  ümumkomanda hesabında qalib olublar.