Xəbərlər


Balabəy Ağayev "World Masters" turnirində medala sahib olub

İsrailin Yerusəlim şəhərində cüdo üzrə ilin yekun turniri olan "World Masters” start götürüb.
"Neftçi İdman Klubu"nun yığma komandanın heyətində yer alan təmsilçisi  Balabəy Ağayev (60 kq) yarışın bürünc medalına layiq görülüb. Cüdoçumuz üçüncü yer uğrunda mübarizədə komanda yoldaşı  Turan Bayramovu məğlub edib.
Qeyd edək ki, turnirə 58 ölkədən 350-dən artıq cüdoçu qatılıb.