Xəbərlər


Azərbaycan idman ictimaiyyətinə ağır itki üz verib

Azərbaycan idman ictimaiyyətinə ağır itki üz verib. Tanınmış idman mütəxəssisi Akif Məmmədov dekabrın 20-də 68 yaşında vəfat edib. 
Akif Məmmədov 1955-ci il may ayının 26-da Qazax rayonunda anadan olub. O, 1975-2000-ci illərdə "Bakı Elektroştamp” Təcrübə Zavodunda işləyib. Akif Məmmədov 2000-ci ildən 2022-ci ilədək "Neftçi İdman Klubu”nun Kütləvi bədən tərbiyəsi və idman şöbəsinin rəisi vəzifəsində çalışıb.
Azərbaycan idmanının inkişafında böyük xidmətlər göstərmiş Akif Məmmədovun əziz xatirəsi onu tanıyanların və idman ictimaiyyətinin qəlbində daim yaşayacaq.
Allah rəhmət eləsin!