Xəbərlər


Cüdoçularımız paytaxt birinciliyində

On səkkiz yaşadək cüdoçular arasında (U-18) keçirilən Bakı birinciliyi sona yetib. Fövqəladə Hallar Nazirliyinin Hövsan qəsəbəsindəki "Xilasedici” İdman-Sağlamlıq Mərkəzində təşkil olunan yarışda 56 klub, cəmiyyət və idman təşkilatından 613 cüdoçu (41 qız, 572 oğlan) 16 çəki dərəcəsi üzrə mübarizə aparıb. 
"Neftçi İdman Klubu”nun yetirmələri paytaxt birinciliyini 8 medalla başa vurublar. Cüdoçularımızdan Tahir Əlizadə (46 kq) və Aysun Məmmədova (52 kq) yalnız həlledici final qarşılaşmasında məğlub olublar və gümüş medala layiq görülüblər. Digər idmançılarımız – Əhməd Rüstəmov (50 kq), Emil Hüseynzadə (66 kq), Mehdi Abbasov (73 kq), Əliyar Bayramlı (+90 kq), Zəhra Xalitzadə (52 kq) və Məryəm Mehtiyeva(63 kq) isə fəxri kürsünün üçüncü pilləsində yer alıblar.
Qeyd edək ki yarışın keçirilməsində əsas məqsəd müvafiq yaş qrupu üzrə gələn il təşkil olunacaq Azərbaycan birinciliyinə namizədlərin seçilməsi idi.