Xəbərlər


Gimnastlarımız Azərbaycan çempionatında uğurla çıxış ediblər

Şəki şəhərində Azərbaycan Gimnastika Federasiyasının yenidən qurulmasının 20 illiyinə həsr olunmuş birgə yarışlar keçirilib. Şəki Olimpiya İdman Kompleksində 6 gimnastika növü üzrə təşkil olunan  yarışlarda idmançılar aerobika gimnastikası üzrə 6-cı, akrobatika gimnastikası, idman gimnastikası üzrə 27-ci, qadın idman gimnastikası, batut gimnastikası üzrə 6-cı, tamblinq üzrə 18-ci Azərbaycan çempionatı və bədii gimnastika üzrə 27-ci Azərbaycan birinciliyində bacarıqlarını nümayiş etdiriblər.
"Neftçi İdman Klubu”nun təmsilçiləri tamblinq üzrə 18-ci Azərbaycan çempionatında uğurla çıxış ediblər. Yarışda Milana Salmanova gənc qızlar arasında liderliyə yüksəlib. Riad Cavadov isə yeniyetmə oğlanların mübarizəsində bürünc medal qazanıb.
Akrobatika gimnastikası üzrə 27-ci Azərbaycan çempionatında da klubumuzun yetirmələri bu uğuru davam etdiriblər. Gimnastlarımızdan  Mina Beydiyeva və Ayla Zakiryaevadan ibarət qadın cütlüyü böyüklər arasında birinci olub. Yeniyetmələrin mübarizəsində isə Aytəkin Əmirova-Humay Tağıyeva cütlüyü qızıl medala sahib olub. Bu yaş qrupunun qarışıq cütlüyündə isə Alixan Qasiyev və Emina Əhmədovadan ibarət cütlük fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Gimnastlarımız Azərbaycan çempionatında uğurla çıxış ediblər