Xəbərlər


"Qaradağ Lökbatan" Mingəçevirdən 3 xalla dönür

Futbol üzrə Azərbaycan I Divizionunda XIV  turun oyunlarına start verilib.
Bu tur çərçivəsində "Qaradağ Lökbatan" Mingəçevirdə şəhərin eyniadlı komandası ilə qarşılaşıb. Mingəçevir şəhər  stadionunda  keçirilən oyunda "Qaradağ Lökbatan" rəqibini 2:0 hesabı ilə  məğlub edib. Futbolçularımızdan 51-ci dəqiqədə Elnur Cəfərov, 57-ci dəqiqədə isə Ceyhun Muxtarlı adını tabloya yazdırıb.