Xəbərlər


Cüdoçularımız qarışıq komanda yarışlarının da qalibi olublar

Qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatının qarışıq komanda yarışları keçirilib.
Final görüşü "Neftçi İdman Klubu 1” ilə "Atilla İdman Klubu 1” arasında keçirilib. Təmsilçimiz rəqibinə 4:3 hesabı ilə qalib gələrək komanda yarışlarının kubokunu və qızıl medallarını qazanıb. Bürünc medal uğrunda görüşlərdə isə "Neftçi İdman Klubu 2” komandası  "Atilla İdman Klubu 2”ni 4:1 hesabı ilə məğlub edib və üçüncü yeri tutub.
Xatırladaq ki, "Neftçi İdman Klubu”nun cüdoçuları fərdi yarışlarda çempionatın 17 medalına (8 qızıl, 4 gümüş, 5 bürünc) sahib olublar və həm kişilər, həm qadınlar arasında, eləcə də ümumkomanda hesabında birinci yeri tutublar.
Cüdoçularımız qarışıq komanda yarışlarının da qalibi olublarCüdoçularımız qarışıq komanda yarışlarının da qalibi olublar