Xəbərlər


Futzal komandamız turnir cədvəlinin liderindən xal alıb

Bu gün futzal üzrə Yüksək Liqada IX turun oyunları keçirilib.
"Olimpik Star”da təşkil olunan turun mərkəzi oyununda "Neftçi İdman Klubu" lider "Araz Naxçıvan”la  üz-üzə gəlib. Əvvəldən axıra qədər gərgin mübarizə şəraitində keçən matç 2:2 hesablı bərabərliklə sona yetib. Nəticədə "Araz Naxçıvan” cari mövsümdə ilk dəfə meydanı qələbəsiz tərk edib. Rəqibin qapısından hər iki topu futzalçımız Ülvi Əliyev (5:16, 32:22) keçirib.
Futzal komandamız  turnir cədvəlinin liderindən xal alıb