Xəbərlər


Yeniyetmə boksçularımız ölkə birinciliyini 4 medalla başa vurublar

Yeniyetmə boksçular arasında keçirilən Azərbaycan birinciliyinə yekun vurulub. Respublika Boks Mərkəzində təşkil olunan yarışda 66 komandanın heyətində 326 idmançı 15 çəki dərəcəsi üzrə mübarizə aparıb.
"Neftçi İdman Klubu”nun yetirmələrindən İlkin Məmmədli (+80 kq) bütün döyüşlərdən qalib ayrılıb və Azərbaycan çempionu adını qazanıb. Cəfər Cəfərov (70 kq) və Ruslan Bayramov (+80 kq) gümüş, Ramazan Şıxıyev (75 kq) isə bürünc medala layiq görülüb.
Qeyd edək ki, birincilikdə klubumuzun boksçuları komanda hesabında üçüncü yeri tutublar.