Xəbərlər


Güləşçilərimiz Bakı çempionatında liderliyə yüksəliblər

Hövsan Olimpiya İdman Kompleksində keçirilən sərbəst və yunan-Roma güləşi üzrə Bakı şəhər çempionatına yekun vurulub. Yarışda paytaxtın müxtəlif idman təşkilatlarından 219 güləşçi medallar uğrunda mübarizə aparıb.
"Neftçi İdman Klubu”nun yetirmələri böyük əzmkarlıq nümayiş etdirərək çempionatın 23 medalına (8 qızıl, 5 gümüş, 10 bürünc) sahib olublar. Sərbəst güləşçilərimizdən İntiqam Vəlizadə (65 kq), Əbülfəz Nəsirov (74 kq) və Vurğun Əliyev (79 kq) bütün görüşləri qələbə ilə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Yunan-Roma güləşçilərimizdən isə Rəşad Məmmədov (55 kq), Sakit Quliyev (63 kq), Davud Məmmədov (77 kq), Elcan Məmmədov (82 kq) və Qabil Əhmədov (97 kq) eyni uğura imza atıblar və yarışın qızıl medalını qazanıblar.

 Qeyd edək ki, həm sərbəst, həm də yunan-Roma güləşçilərimiz ümumkomanda hesabında yarışı birinci pillədə başa vurublar.