Xəbərlər


Kikboksçularımız dünya çempionatından 4 medalla döndülər

Serbiyanın paytaxtı Belqradda keçirilən kikboksinqin WAKO versiyası üzrə XX dünya çempionatı başa çatıb.

Azərbaycan kikboksçuları çempionatın 1-i qızıl, 3-ü gümüş və 3-ü bürünc olmaqla 7 medalını qazanıblar.

Yığma komandamızın əldə etdiyi bu medallardan 4-ü "Neftçi İdman Klubu”nun yetirmələrinə məxsusdur. Kikboksçularımızdan 2-si – Anar Məmmədov (51 kq) və Ehram Məcidov (+94 kq) finala qədər irəliləyiblər. Təəssüf ki, onların hər ikisi həlledici mərhələdə məğlub olublar. K-1 üslubunda döyüşən Anar Məmmədov ukraynalı Aleksey Serdyuka, kik-layt üslubunda çıxış edən Ehram Məcidov isə Polşa təmsilçisi Mixal Blaçeviçə yenilib. Lou-kik üslubunda mübarizə aparan Çingiz Əhmədzadə (51 kq) və Ramiz Məmmədov (54 kq) isə dünya çempionatını 3-cü yerdə başa vurublar.