Xəbərlər


"Neftçi İdman Klubu”nda AMADA tərəfindən maarifləndirici seminar keçirilib

"Neftçi İdman Klubu”nun futzal və "Qaradağ Lökbatan” futbol komandaları üçün Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) əməkdaşları tərəfindən maarifləndirici seminar keçirilib.
Lökbatan qəsəbəsindəki Qaradağ Təlim-İdman Bazasında təşkil olunan tədbirdə idmançılara dopinq nəzarəti prosesi, qadağan edilmiş siyahı və antidopinq qaydaları haqqında ətraflı məlumat verilib. Seminar iştirakçılarına qadağan olunmuş maddələrdən istifadənin fəsadları, onların qəbuluna görə tətbiq olunan cəzalar, yenilənən siyahı, yarış vaxtı və ondan kənarda test götürülmə qaydaları, eləcə də digər vacib məqamlar barədə geniş məlumat verilib.
Tədbir iştirakçıları seminardan öncəki və sonrakı testlər vasitəsilə antidopinq sahəsində öz biliklərini yoxlayıblar.
"Neftçi İdman Klubu”nda AMADA tərəfindən maarifləndirici seminar keçirilib"Neftçi İdman Klubu”nda AMADA tərəfindən maarifləndirici seminar keçirilib"Neftçi İdman Klubu”nda AMADA tərəfindən maarifləndirici seminar keçirilib
"Neftçi İdman Klubu”nda AMADA tərəfindən maarifləndirici seminar keçirilib
"Neftçi İdman Klubu”nda AMADA tərəfindən maarifləndirici seminar keçirilib