Xəbərlər


İdmançılarımız “Abu Dhabi World Jiu-Jitsu Festival 2022”dən 2 medalla dönür

"Neftçi İdman Klubu”nun təmsilçiləri Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən ciu-citsu üzrə "Abu Dhabi World Jiu-Jitsu Festival 2022” turnirində bacarıqlarını nümayiş etdiriblər. İdmançılarımızdan 69 kiloqram çəki dərəcəsində mübarizə aparan Azər Cəfərzadə yalnız həlledici final görüşündən məğlub ayrılıb və turnirin gümüş medalına sahib olub. Muslim Allahverdiyev (69 kq) isə fəxri kürsünün üçüncü pilləsində yer alıb.
İdmançılarımız “Abu Dhabi World Jiu-Jitsu Festival 2022”dən 2 medalla dönür