Xəbərlər


Eltac Səfərli Bavariya açıq çempionatında ikinci oldu

"Neftçi İdman Klubu”nun şahmatçısı Eltac Səfərli 25-ci açıq Bavariya çempionatında ikinci yeri tutub. Otuz yaşlı qrossmeyster son turda yunanıstanlı Stellios Kalkiosla heç-heçə oynayaraq xalını 7-yə çatdırıb. Daha 13 iştirakçı turniri eyni nəticə ilə başa vurub. Əlavə göstəricilərə görə, Eltac Səfərli Anton Korobov (Ukrayna), Vahap Sanal (Türkiyə), Narayan Qopal (Hindistan), Liviu-Diter Nisipyanu (Almaniya) və digərlərlərini qabaqlayaraq ikinci olub. 150 şahmatçının İsveçrə sistemi üzrə mübarizə apardığı yarışın qalibi isə almaniyalı Yan-Kristian Şröder olub.