Xəbərlər


Boksçularımız beynəlxalq turnirdə 5 medal qazanıblar

Polşanın Keltse şəhərində keçirilən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
On altı ölkənin təmsil olunduğu yarışda "Neftçi İdman Klubu”nun yığma komandamızın heyətində yer alan boksçuları inamla mübarizə apararaq 5 medala (3 qızıl, 2 bürünc) sahib olublar. İdmançılarımızdan Malik Həsənov (63,5 kq), Nəbi İsgəndərov (67 kq) və Murad Allahverdiyev (80 kq) bütün döyüşləri qələbə ilə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Klubun digər yetirmələri Eldar Quliyev (86 kq) və Rauf Rəhimov (92 kq) isə beynəlxalq turnirin bürünc medalına layiq görülüblər.