Xəbərlər


«Qaradağ Lökbatan» qələbə seriyasını davam etdirir

Birinci Divizionda VII turun oyunlarına yekun vurulub.

Liderlərin yaxın izləyicilərindən olan "Qaradağ Lökbatan” komandası bu tur çərçivəsində "Şərurspor”un qonağı olub. "Bayıl Arena”da keçirilən oyun turun ən maraqlı və bolqollu qarşılaşmalarından biri olub. Komandamız ötən turda olduğu kimi, bu dəfə də 3 xalı 3 qolla qazanıb. Matçın birinci hissəsində rəqib üstünlüyü ələ alıb və nəticədə ilk yarının sonuna bir dəqiqə qalmış hesabı aça bilib. Fasilədən sonra "Qaradağ Lökbatan”ın baş məşqçisi Əfqan Talıbovun düzgün və vaxtında etdiyi əvəzetmələr özünü doğruldub. Belə ki, Rüfət Məmmədovla Cavid Muxtarzadənin meydana daxil olmasından sonra komandamız oyuna nəzarəti ələ alıb və ikinci hissədə rəqibi üç dəfə cəzalandırıb. 58-ci dəqiqədə Abdulla Zilpukarov hesaba tarazlıq gətirib. Cəmi iki dəqiqə sonra isə Rüfət Məmmədov fərqlənib. Maraqlı burasıdır ki, əsas vaxta əlavə olunmuş dəqiqələrdə daha iki qol qeydə alınıb. Əvvəlcə futbolçumuz Rüfət Məmmədov özünün 2-ci, komandasının 3-cü qolunu vurub (90+2) – 3:1. Sonra isə "Şərurspor”lu Rəhman Musayev vurduğu təsəlli qolu (90+4) ilə yalnız hesab arasındakı fərqi azalda bilib – 3:2.

Bununla da komandamız qazandığı xalların sayını 16-ya çatdırıb və turnir cədvəlindəki mövqeyini bir qədər də möhkəmləndirib.

Qeyd edək ki, "Qaradağ Lökbatan” noyabrın 5-də turnir cədvəlinin şəriksiz lideri olan "Neftçala” komandasını qəbul edəcək.

«Qaradağ Lökbatan» qələbə seriyasını davam etdirir«Qaradağ Lökbatan» qələbə seriyasını davam etdirir«Qaradağ Lökbatan» qələbə seriyasını davam etdirir