Xəbərlər


MMA idman növü üzrə açıq Bakı kuboku sona çatıb

Hövsan Olimpiya İdman Kompleksində MMA idman növü üzrə açıq Bakı kuboku keçirilib. Yarışda 26 komandanın tərkibində 200-dən çox idmançı qüvvəsini sınayıb.

"Neftçi İdman Klubu”nun təmsilçiləri paytaxt yarışının 5 medalına sahib olublar. Böyüklər arasında Orxan Əlizadə (92 kq) və Mukayat Pirqaibov (+100 kq) bütün döyüşləri qələbə ilə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Ruslan Quliyev (62 kq) isə yarışı 3-cü sırada tamamlayıb. Gənclərin yarışında Mənsud Maharəndi (45 kq) qızıl medala yiyələnib. Yeniyetmələrimizdən isə Nihad Abdullayev (32 kq) bürünc medala layiq görülüb.