Xəbərlər


Güllə atıcılarımız ölkə kubokunda

Güllə atıcılığı üzrə keçirilən Azərbaycan kuboku yarışı sona çatıb. Bakı Atıcılıq Mərkəzində təşkil olunan turnirdə 65 idmançı bacarığını nümayiş etdirib.
"Neftçi İdman Klubu"nun yetirmələri də yarışda mübarizə aparıblar. Təmsilçilərimizdən Leyli Əliyeva 14 komandanın qatıldığı qarışıq komanda yarışında pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçmada 271 xalla bürünc medala layiq görülüb.