Xəbərlər


Cüdoçumuz Könül Əliyeva Avropa birinciliyində gümüş medal qazanıb

Bosniya və Herseqovinanın Sarayevo şəhərində 23 yaşadək gənclər arasında cüdo üzrə Avropa birinciliyinə  start verilib.
Yarışın ilk günü "Neftçi İdman Klubu"nun yığmamızın  heyətində təmsil olunan cüdoçusu Könül Əliyeva inamla çıxış edərək mükafatçılar arasında yer alıb. Qırx səkkiz kiloqram çəki dərəcəsində mübarizə aparan xanım idmançımız qitə birinciliyinin  gümüş medalını  qazanıb.
Qeyd edək ki, iki gün davam edəcək yarışda 40 ölkədən 306 idmançı medallar uğrunda mübarizə aparır.