Xəbərlər


İdmançımız qol güləşi üzrə dünya çempionatının qalibi olub

Antalyada qol güləşi üzrə 43-cü dünya çempionatı keçirilib. Yarışda 54 ölkədən 1000-dən artıq idmançı qalib adı uğrunda mübarizə aparıb.
"Neftçi İdman Klubu”nun təmsilçisi Tərxan Müzəffərov çempionatda uğurla çıxış edərək iki dəfə mükafatçılar arasında yer alıb. İdmançımız yarışın qızıl (sağ qol, +90 kq) və bürünc (sol qol; +90 kq)  medalına sahib olub.