Xəbərlər


Yeniyetmə cüdoçumuz Sloveniyadan medalla dönür

Sloveniyanın Slovenc Qradek şəhərində cüdo üzrə sayca 46-cı açıq turnir keçirilib. Yeniyetmələr (U-15 və U-18) arasında təşkil olunan beynəlxalq yarışa 22 ölkədən 602 idmançı qatılıb.
"Neftçi İdman Klubu”nun yığma komandamızın heyətində yer alan təmsilçisi Aysun Məmmədova 15 yaşadək cüdoçu qızlar arasında mükafata layiq görülüb. Əlli iki kiloqram çəki dərəcəsində çıxış edən xanım idmançımız turnirin bürünc medalına sahib olub.