Xəbərlər


Sərbəst güləşçimiz İslam İlyasov dünya çempionatını bürünc medalla başa vurdu

İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 dünya çempionatı davam edir.
"Neftçi İdman Klubu"nun yığma komandamızın heyətində təmsil olunan sərbəst güləşçisi İslam İlyasov mundialın bürünc medalına sahib olub. Doxsan yeddi kiloqram  çəki dərəcəsində mübarizə aparan idmançımız üçüncü yer uğrunda görüşdə  gürcüstanlı Andro Margişvilini 7:0 hesabı ilə məğlubiyyətə uğradaraq bu  mükafata yiyələnib.
Qeyd edək ki, daha əvvəl klubumuzun yunan-Roma güləşçilərindən Nihad Quluzadə (55 kq) və Nihat Məmmədli (60 kq) dünya çempionatının  gümüş medalını qazanıblar.