Xəbərlər


Daha bir cüdoçumuz "Böyük dəbilqə" turnirində mükafata layiq görülüb

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən cüdo üzrə  "Böyük dəbilqə" turniri davam edir.
"Neftçi İdman Klubu"nun Azərbaycan millisinin heyətində yer alan cüdoçusu Zelim Tçkayev nüfuzlu yarışın
bürünc medalını  qazanıb. Səksən bir  kiloqram çəki dərəcəsində çıxış edən idmançımız  üçüncü yer uğrunda qarşılaşmada qazaxıstanlı  Abılayxan Jubanazarı "ippon"la məğlub edib.
Xatırladaq ki, turnirin ilk günü 60 kq çəki dərəcəsində mübarizə aparan klubumuzun digər təmsilçisi Balabəy Ağayev də bürünc medal əldə edib.
Oktyabrın 23-ə qədər davam edəcək yarışda dünyanın 66 ölkəsindən 428 idmançı medallar uğrunda mübarizə aparır.