Xəbərlər


Parataekvondoçularımız Qran-pri turnirində 2 medala sahib olublar

İngiltərənin Mançester şəhərində təşkil olunan parataekvondo üzrə Qran-pri turnirinə yekun vurulub.
"Neftçi İdman Klubu”nun paralimpiyaçıları yarışdan iki medalla ayrılıblar. Təmsilçilərimizdən Sabir Zeynalov (K44, 58 kq) və Əbülfəz Abuzərli (K44, 80 kq) turnirin bürünc medalına yiyələniblər.
Qeyd edək ki, yarış 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək XVII Yay Paralimpiya Oyunlarına lisenziya xarakteri daşıyırdı.
Parataekvondoçularımız Qran-pri turnirində 2 medala sahib olublarParataekvondoçularımız Qran-pri turnirində 2 medala sahib olublar