Xəbərlər


Nuhan Müzəffərov Avropa birinciliyində bürünc medal qazanıb

"Neftçi İdman Klubu”nun yetirməsi Nuhan Müzəffərov Estoniyanın Rakvere şəhərində on beş yaşadək (U-15) sumoçular arasında keçirilən Avropa birinciliyində mükafata layiq görülüb. Əlli kiloqram çəki dərəcəsində çıxış edən idmançımız nüfuzlu yarışda fəxri kürsünün üçüncü pilləsində yer alıb.