Xəbərlər


Futzal komandamız "Alyans"a qalib gəlib

Futzal üzrə Yüksək Liqada II turun oyunları keçirilib.
"Olimpik Star" İdman və Əyləncə Mərkəzində təşkil olunan görüşdə  "Neftçi İdman Klubu"  Lənkəranın "Alyans" komandası ilə qarşılaşıb. Oyun təmsilçimizin 6:3 hesablı qələbəsi ilə sona yetib. Futzalçılarımızdan Ülvi Əliyev (5:09), Mirzə Əmirov (14:24), İlkin Hacıyev (26:14, 31:00), Nurlan Mehdizadə (35:40) və Rüfət Balakişiyev (39:39) fərqləniblər.