Xəbərlər


"Qaradağ Lökbatan" "İmişli"ni məğlub edib

Futbol üzrə Azərbaycan I Divizionunda V tura yekun vurulub.
Bu turda "Qaradağ Lökbatan" komandası "İmişli"ni qəbul edib.  Lökbatan qəsəbəsindəki Qaradağ Təlim-İdman Bazasının stadionunda təşkil olunan oyun  komandamızın 4: 0 hesablı qələbəsi ilə sona çatıb. "Qaradağ Lökbatan"ın heyətində Elnur Cəfərov het-trik edib (16', 50', 75'). Dördüncü qola isə  87-ci dəqiqədə Rəvan Abasov imza atıb.