Xəbərlər


Fərman Həsənov MMA üzrə Avropa ikincisi olub

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən MMA idman növü üzrə Avropa çempionatına yekun vurulub.
GAMMA-nın təşkilatçılığı ilə baş tutan yarışda "Neftçi İdman Klubu"nun təmsilçisi  Fərman Həsənov (83,9 kq) inamla çıxış edərək finala qədər irəliləyib. Yalnız həlledici qarşılaşmada məğlub olan idmançımız qitə çempionatının gümüş medalına layiq görülüb.