Xəbərlər


Güləşçimiz beynəlxalq turnirdə medal qazanıb

Gəncədə böyüklər arasında sərbəst güləş üzrə beynəlxalq turnir keçirilib. Yarışda Azərbaycan, Türkiyə, Gürcüstan, Rusiya, İran və digər ölkələrdən olan idmançılar bacarığını nümayiş etdirib.
"Neftçi İdman Klubu”nun təmsilçisi Rəsul Seyidsoylu turniri mükafatla başa vurub. Doxsan yeddi kiloqram çəki dərəcəsində çıxış edən güləşçimiz beynəlxalq yarışın bürünc medalına layiq görülüb.