Xəbərlər


Toğrul Əsgərov Avropanın ən yaxşısı seçildi

"Neftçi İdman Klubu”nun sərbəst güləşçisi, London-2012 Yay Olimpiya Oyunlarının qalibi Toğrul Əsgərov Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda keçirilən Milli Olimpiya Komitələrinin Assosiasiyasının 20-ci Baş Assambleyasında mükafatlandırılıb. Sərbəst güləşçimiz 20-ci Milli Olimpiya Komitələrinin Assosiasiyasının Baş Assambleyasında Avropa qitəsi üzrə ən yaxşı kişi atleti adına layiq görülüb.

Qeyd edək ki, Milli Olimpiya Komitələrinin Assosiasiyası 206 olimpiya komitələrini özündə birləşdirən qurumdur. Bu təşkilatın Baş Assambleyasında müxtəlif mühüm məsələlərin müzakirəsi ilə yanaşı, qitə oyunları üzrə ən yaxşı kişi və qadın idmançıların da mükafatlandırılması keçirilir.