Xəbərlər


Camal Feyziyev kəmər güləşi üzrə dünya çempionatını 2 medalla başa vurub

Özbəkistanın Nəmənqan şəhərində sərbəst və klassik stildə kəmər güləşi üzrə dünya cempionati keçirilib.
Yarışda Azərbaycan Milli İdman Növləri Assosiasiyasının tərkibində olan kəmər güləşi təmsilçiləri iştirak ediblər.
"Neftçi İdman Klubu"nun təmsilçisi Camal Feyziyev (+100 kq) çempionatda iki medal qazanıb. İdmançımız həm klassik, həm də sərbəst stildə bürünc medallara sahib olub.