Xəbərlər


Cüdoçularımız açıq Avropa turnirinə 2 gümüş medalla başlayıblar

"Neftçi İdman Klubu"nun iki  cüdoçusu İtaliyanın Riççone şəhərində keçirilən açıq Avropa turnirində inamla çıxış edərək finala qədər irəliləyiblər. İdmançılarımızdan 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Rövşən Əliyev həlledici görüşdə türkiyəli rəqibi Salih Yıldıza cərimə xalları ilə məğlub olaraq gümüş medala layiq görülüb. Altmış altı kiloqram çəki dərəcəsində yer alan Orxan Səfərov isə baş mükafat uğrunda fransa təmsilçisi Reda Sedduki ilə üz-üzə gəlib. Qızıl xal bölümündə məğlubiyyətə uğrayan təmsilçimiz fəxri kürsünün ikinci pilləsində qərarlaşıb.
Qeyd edək ki, sentyabrın 11-də sona yetəcək  turnirdə 35 ölkədən  376 cüdoçu (228 kişi, 148 qadın) medallar uğrunda mübarizə aparır.