Xəbərlər


Çimərlik güləşçimiz Fərid Cabbarov dünya çempionu olub

"Neftçi İdman Klubu”nun təmsilçisi Fərid Cabbarov Rumıniyanın Konstantsa şəhərində keçirilən çimərlik güləşi üzrə U-20 dünya birinciliyində uğurla çıxış edib. Doxsan kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız bütün rəqibləri üzərində qələbə qazanaraq dünya çempionu tituluna sahib olub.