Xəbərlər


"Qaradağ Lökbatan" yeni mövsümdə ilk qələbəsini qazanıb

Futbol üzrə Azərbaycan I Divizionunda III turun oyunları keçirilib.
"Qaradağ Lökbatan" komandası bu tur çərçivəsində "Zaqatala" ilə üz-üzə gəlib. Lökbatan qəsəbəsindəki Qaradağ Təlim-İdman Bazasının stadionunda keçirilən qarşılaşmada komandamız rəqibinə 5:1 hesabı ilə qalib gəlib. "Qaradağ Lökbatan"ın heytində Elnur Cəfərov (3', 44'), Ceyhun Muxtarlı (17'),  Raul Məmmədov (33') və Sərxan Abdullayev (90+3') fərqləniblər. Rəqibin vurduğu yeganə cavab qoluna isə Nazim Bağırov (90') imza atıb.