Xəbərlər


Parataekvondoçumuz Qran-pridə bürünc medal əldə edib

"Neftçi İdman Klubu”nun parataekvondoçusu  Əbülfəz Abuzərli  "Paris-2022 World Taekwondo" Qran-prisində mükafata layiq görülüb. Səksən kiloqram çəki dərəcəsində mübarizə aparan paralimpiyaçımız turnirin bürünc medalına sahib olub.
Qeyd edək ki, Qran-pri turnirində fəxri kürsüdə yer alan idmançılar öz aktivlərinə əlavə reytinq xalları yazdıraraq Paris-2024 Yay Paralimpiya Oyunlarına lisenziya qazanmaq şanslarını artırıblar.