Xəbərlər


Camal Feyziyev sumo üzrə Avropa birinciliyinin qalibi olub

Polşanın Krotoşin şəhərində sumo idman növü üzrə iyirmi üç yaşadək gənclər (U23) arasında keçirilən Avropa birinciliyi sona çatıb.
"Neftçi İdman Klubu"nun yığma komandamızın heyətində yer alan təmsilçisi Camal Feyziyev (+115 kq) nüfuzlu yarışda böyük uğura imza atıb. Belə ki, idmançımız inamla çıxış edərək bütün rəqiblərinə qalib gəlib və Avropa çempionu tituluna sahib olub. Mütləq çəki dərəcəsində isə  Camal Feyziyev mötəbər turnirin gümüş medalını qazanıb.