Xəbərlər


Fuad Dadaşov Bakı turnirində 2 qızıl medala sahib olub

Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş ciu-citsu üzrə Bakı şəhər turniri keçirilib.
"Sərhədçi” İdman Mərkəzində təşkil olunan yarışda "Neftçi İdman Klubu”nun təmsilçisi Fuad Dadaşov uğurla çıxış edib. Doxsan dörd kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız müxtəlif kateqoriyalar üzrə paytaxt turnirinin iki qızıl medalını qazanıb.