Xəbərlər


Sablyaçılarımız yığmamızın heyətində İslamiadanın qalibi olublar

Sablya üzrə qadınlardan ibarət Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında final görüşünə çıxıb. Anna Başta, Sevil Bünyatova, Səbinə Kərimova və Valeriya Bolşakovadan ibarət  yığmamız qızıl medal uğrunda mübarizədə  Özbəkistan millisi ilə qarşılaşıb. Rəqibinə 45:34 hesabı ilə qalib gələn Azərbaycan komandası İslamiadanın qalibi olub.
Qeyd edək ki, millimizin heyətində yer alan sablyaçılardan Səbinə Kərimova və  Sevil Bünyatova "Neftçi İdman Klubu"nun təmsilçiləridir.