Xəbərlər


Ağırlıqqaldıranımız Dadaş Dadaşbəyli İslamiadanı gümüş medalla başa vurub

"Neftçi İdman Klubu"nun daha bir təmsilçisi Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəylik Oyunlarında mükafatçılar arasında yer alıb. Ağırlıqqaldırma idman növündə çıxış edən Dadaş Dadaşbəyli gümüş medala sahib  olub. Yüz iki kiloqram çəki dərəcəsində mübarizə aparan  atletimiz birdən qaldırmada 174 kq ağırlığın öhdəsindən gələrək bu uğura imza atıb.
Xatırladaq ki, bu, klubumuzun idmançılarının İslamiadada qazandıqları doqquzuncu medaldır.
Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları 2021-ci ildə keçirilməli olsa da, qlobal pandemiya səbəbindən yarış bir il təxirə salınıb. V İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən 4 mindən çox atlet idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə aparır.