Xəbərlər

"Neftçi İdman Klubu"nun futbol üzrə açıq birinciliyi sona yetib

2010-2011-ci illər təvəllüdlü futbolçular arasında keçirilən  "Neftçi İdman Klubu"nun seleksiya xarakterli açıq birinciliyinə yekun vurulub. Suraxanı rayonundakı Tofiq İsmayılov adına Olimpiya Təlim-İdman Kompleksində keçirilən turnirdə altı komanda mübarizə aparıb.
Dairəvi sistem üzrə keçirilən yarışda "Neftçi İdman Klubu-1" komandası  qalib adını qazanıb. Qaradağ İdman Klubu ikinci, "Neftçi İdman Klubu-2" komandası isə üçüncü yeri tutub.
Klubumuz tərəfindən "ən yaxşı oyunçu”, "ən məhsuldar oyunçu” və "ən yaxşı qapıçı” nominasiyaları üzrə də mükafatlar təsis olunmuşdu. Bu mükafatlara müvafiq olaraq, Mircəfər Qasımlı ("Neftçi İdman Klubu-2"), Rail İbrahimli ("Neftçi İdman Klubu-3") və Hüseyn Hüseynov ("Neftçi İdman Klubu-2”) layiq görülüblər.
Turnirin sonunda düzənlənən  mükafatlandırma mərasimində "Neftçi İdman Klubu”nun idman və sağlamlıq məsələləri üzrə baş meneceri Elmar Babanlı çıxış edərək yarış iştirakçılarını özünün və klubun idarəetmə aparatının rəhbəri Sadıq Sadıqovun adından salamlayıb. O, keçirilən belə tədbirlərin önəmi və faydası  haqda söhbət açıb və  yarış iştirakçılarına gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb. Klub rəsmisi kiçikyaşlı futbolçulara gələcəkdə milli komandalarımızın heyətində ölkəmizi müxtəlif beynəlxalq yarışlarda uğurla təmsil etmələrini diləyib. Sonra o, mükafata layiq görülmüş komandaları qazandıqları qələbə münasibətilə təbrik edib.
Qalib və mükafatçı komandalara "Neftçi İdman Klubu" tərəfindən kubok, diplom, medal və xatirə hədiyyələri təqdim olunub. Nominasiya qalibləri  də diplom və hədiyyələrlə mükafatlandırılıblar.
"Neftçi İdman Klubu"nun futbol üzrə açıq birinciliyi  sona yetib"Neftçi İdman Klubu"nun futbol üzrə açıq birinciliyi  sona yetib"Neftçi İdman Klubu"nun futbol üzrə açıq birinciliyi  sona yetib