Xəbərlər


Güləşçilərimizdən V İslam Həmrəyliyi Oyunlarında daha 2 medal

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunları çərçivəsində güləş yarışları davam edir.
Konya Texniki Universitetində təşkil olunan yarışın üçüncü günündə "Neftçi İdman Klubu"nun yunan-Roma güləşiçisi Eldəniz Əzizli (55 kq) türkmənistanlı Ümid Durdiyevə (8:0) və qazaxıstanlı Amangali Bekbolatova (3:1) qalib gələrək finala yüksəlib. Dünya və Avropa çempionumuz həlledici görüşdə özbəkistanlı Jasurbek Ortikboyevlə üz-üzə gəlib. Rəqibini 10:1 hesabı ilə məğlub edən Eldəniz Əzizli İslamiadanın qalibi olub.
Klubumuzun digər təmsilçisi Ülvü Qənizadə (72 kq) türkiyəli Murat Dağ (10:1) və qırğızıstanlı Bek Konurbayevi (9:0) məğlub edərək finala vəsiqəni təmin edib. Pəhləvanımız qızıl medal uğrunda qarşılaşmada iranlı Mahmud  Rüstəmiyə 8:9 hesabı ilə uduzaraq gümüş medala layiq görülüb.
Xatırladaq ki, daha əvvəl "Neftçi İdman Klubu"nun sərbəst güləşçiləri Hacı Əliyev  və Turan Bayramov nüfuzlu yarışın qızıl medallarına sahib olublar.